Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub

16.04.2021

16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 105 illiyi münasibəti ilə Gəncə şəhərindəki Filarmoniya bağında bəstəkarın məzarı önündə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq anım mərasimi keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun iştirakı ilə keçirilən mərasimdə bəstəkarın qohumları, mədəniyyət, incəsənət işçiləri, ziyalılar iştirak ediblər.

Dünya şöhrətli bəstəkar Qəmbər Hüseynlinin məzarı üzərinə təzə-tər çiçəklər düzülüb. Şəhər ziyalıları bəstəkarın həyat və yaradıcılığı barədə çıxış ediblər.

Dünyanın 148 xalqının dilinə tərcümə olunmuş məşhur “Cücələrim” uşaq mahnısının müəllifi Qəmbər Hüseynlinin qohumları çıxış edərək, bəstəkarın yaradıcılığına göstərdikləri diqqət üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.