Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“15 aprel Beynəlxalq Mədəniyyət günü” adlı videokonfrans keçirilib

15.04.2021

15 aprel 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri Beynəlxalq Mədəniyyət günü münasibətilə "15 aprel - Beynəlxalq Mədəniyyət günü" adlı video konfrans  keçirilib.

           Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. 

           O, Beynəlxalq Mədəniyyət gününün yaranma tarixi haqqında məlumat verib və bildirib ki, bu, xoşməramlı  təşəbbüs  hazırda   geniş  miqyasda  ölkələri  və  xalqları birləşdirir. Hazırda Azərbaycan mədəniyyəti  dünyaya inteqrasiya yolundadır, habelə beynəlxalq mədəni əlaqələr də ildən-ilə  genişlənməkdədir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət  siyasəti nəticəsində Azərbaycan bu sahədə nümunə göstərilən ölkələrdən biridir.

            Oxu zalının müdiri Sevda Əliyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan danışıb.

Dürdanə Bayramova, Ülviyyə Kazımova, Bahar Musayeva, Sənəm Böyükkişiyeva Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyət siyasətindəki rolunu, habelə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan və dünya mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.