15.04.2021
15 aprel 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində “15 aprel Beynəlxalq Mədəniyyət günü” ilə əlaqədar dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Beynəlxalq Mədəniyyət günü haqqında məlumat verərək qeyd etdi ki, bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Ümumdünya Mədəniyyət gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. Ona görə də bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Beynəlxalq Mədəniyyət günü kimi qeyd olunur. Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında, böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği ulu öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu. Bu ənənə bu gün də Prezident İlham Əliyev və birinci vitse-prezident, “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir