15.04.2021
15 aprel 2021-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş onlayn tədbir keçirildi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva Beynəlxalq Mədəniyyət gününün yaranma tarixi haqqında məlumat verdi.
Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova Azərbaycanın qədim mədəniyyəti haqqında, oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərdən danışdılar.
Seyidlər kənd kitabxana filialının müdiri Xatirə Məmmədova Azərbaycan Respublikasının birinci vitse-prezidenti YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafında səmərəli fəaliyyətindən geniş, məlumat verdi.
Qiyaslı kənd kitabxana filialının müdiri Günel Cəfərova Azərbaycanın mədəni irs nümunələri haqqında söhbət açdı.