Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mədəniyyət dünyaya məhəbbətdir” adlı onlayn konfrans keçirildi

15.04.2021

15.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə ZOOM proqramı vasitəsilə 15 aprel Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar olaraq "Mədəniyyət dünyaya məhəbbətdir" adlı onlayn konfrans keçirib. Millət vəkili, tarix üzrə fəlsəfə doktoru, GDU-nin dosenti Pərvin Kərimzadə, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, yazıçı-publisist Əkbər Qoşalı, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, teatrşünas-tənqidçi Anar Burcəliyev, Gəncə Yazıçıları Birliyinin sədri, şairə-dramaturq, Əməkdar Mədəniyyət işçisi Xəzangül, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət işçisi Elmira Əliyeva və digərləri çıxışlar edərək milli-mənəvi dəyərlərimizin, xüsusilə işğaldan azad olunmuş ərazilərdə mədəniyyət ocaqlarının yenidən bərpası və təbliği ilə bağlı görülən işlərdən söhbət açmaqla mədəniyyət tariximizin qorunması istiqamətində atılan addımları yüksək dəyərləndirdilər.