Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ələsgər ömrü” adlı video konfrans keçirilib

14.04.2021

Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qızılhacılı qəsəbə kitabxana filialı Balakürd kənd kitabxana filialı ilə birlikdə Aşıq Ələsgərin  anadan olmasının 200 illiyinə həsr olunmuş “Ələsgər ömrü” adlı video konfrans  keçirmişdir.

 Tədbiri Qızılhacılı qəsəbə kitabxana filialının müdiri  Tamaşa Aslanova açdı. O, bildirdi ki, Aşıq Ələsgər incə qəlbli, həssas, hər şeyi düzgün qiymətləndirməyi bacaran, gözəllikləri duyan, onu min bir dillə vəsf edən qüdrətli söz ustasıdır.

Tədbirdə Balakürd kənd kitabxana filialının böyük kitabxanaçısı Vüsalə Ziyadova, ədəbiyyat müəllimi Laura Quluyeva çıxış ediblər.

İştirakçılar aşıq Ələsgərin yaradıcılığından nümunələr təqdim ediblər.

Qızılhacılı qəsəbə kitabxana filialının kitabxanaçısı Tükəzban Məmmədova “Öldürür”,  fəal oxuculardan İnci Abdullazadə “Getmə, amandır”, Kəklik Əliyeva “Yaylaq”, Balakürd kənd kitabxana filialının kitabxanaçısı Mahirə Əliyeva “Düşdü”, Dəliməmmədli şəhər kitabxana filialının böyük kitabxanaçısı Aygün Əliyeva “Dağlar”, Veyisli kənd kitabxana filialının böyük  kitabxanaçısı  Sənəm Böyükkişiyeva “Bu dünyada üç şey başa bəladır” şerlərini söyləyiblər.