Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin-880” adlı tədbir keçirilib

14.04.2021

Gəncə şəhər Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq, qeyd etdi ki, 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan olunub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifə açmış nadir şəxsiyyətdir.

           Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı və əsərləri haqqında Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış etdi.

Tədbir pandemiya şəraitinə uyğun keçirildi.