14.04.2021
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 09.04.2021-ci il tarixində Bakı şəhərində Gəncə rəssamlarının virtual sərgisi keçirilmişdir.
Virtual sərgidə Gəncə şəhərinin rəssamlarının müxtəlif mövzu və janrda işlədikləri əsərlər nümayiş olunmuşdur.
Sərgidə gəncəli rəssamlardan, Respublikanın Əməkdar Rəssamı (mərhum) Faiq Abdullayevin hal-hazırda yaşayıb-yaradan rəssamlardan: Məhbubə Həsənovanın, Əbülfət Məhərrəmovun, Elçin Cəfərovun, Xəzangül Hüseynlinin, Ruqiyyə Tağıyevanın, Sona Məhərrəmovanın, Xatirə Tağıyevanın, Xəyalə Kazımovanın, Anna Səfərovanın, David Bayramovun, Əminə Əliyevanın, Akif Hüseynovun, Fatma Həmzəyevanın, Güləbətin Hüseynovanın, Məhər Məhərrəmovun, Sədaqət İsmayılovanın, Rasim Hüseynovun əsərləri nümayiş olunmuşdur.
Rəssamlara yeni yaradıcılıq uğurları arzu edirik.