14.04.2021
12 aprel 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Goranboy rayon Rəhimli kənd sakini Məmmədov İbrahim Nadir oğlunun ailəsi ilə görüş keçiriblər. Şəhid Məmmədov İbrahim Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir.
Görüş zamanı ailəsi onun keçdiyi şərəfli döyüş yolundan və xatirələrindən danışıb.