Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəman oğullar” adlı tədbir keçirilib

13.04.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İstisu kənd kitabxana filialında “Qəhrəman oğullar” başlığı altında onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə  filial müdiri Vidadi Mamedov açaraq 27 sentyabr 2020-ci il tarixində başlamış 44 günlük Vətən Müharibəsi haqqında məlumat verdi.

Tədbirdə Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdən başlayaraq Laçın rayonuna qədər şərəfli döyüş yolu keçmiş Vətən müharibəsində könüllü iştirak edən Qafarov Xanlar Bəhmən oğlu, Xələfov Samir İsaq oğlu çıxış edərək bildirdilər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı.

Tədbirdə oxuculardan Leyla Məmmədova, Aysel Əliyeva, Şəmsiyyə Məmmədova iştirak etdilər.