Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin söz dünyası” adlı tədbir keçirilib

13.04.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalıq kənd kitabxana filialında “Nizami Gəncəvinin söz dünyası” başlığı altında onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə filialın kitabxanaçısı Rəsulrza Əhmədov açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar. Tədbirdə tarzən Elçin Kərimov və Şəmsi İmanovun ifasında Nizami Gəncəvinin “Sevgili canan”, “Sənsiz” romansları səsləndirildi.

Tədbirdə oxuculardan Abidə İsgəndərova, Mehparə Ağayeva, Ələsgər Şahverdiyev, Vüsalə Hümbətova və başqaları iştirak etdilər.