Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tık-tık xanım” nağılının onlayn müzakirəsi keçirilib

09.04.2021

09 aprel 2021-ci il tarixində Gəncə  Regional Mədəniyyət İdarəsi  Samux rayon Mərkəzi kitabxanasının  uşaq şöbəsinin təşəbbüsü ilə Abdulla Şaiqin “Tık-tık xanım” nağılının onlayın müzakirəsini keçirib. Onlayn tədbirə MKS-nin kollektivi və aşağı sinif şagirdləri də qoşuldular. Tədbiri giriş sözü ilə Samux rayon MKS-nin direktoru Şəhla Abdullayeva açdı və tədbirə qoşulan hər bir iştirakçını salamladı. Uşaq şöbəsinin müdiri Venera Məmmədova  çıxışında  uşaqların sevimlisi olan Abdulla Şaiqin həyat və yaradıcılığından danışdı.

     Sonda Şəhla xanım uşaqlarla “Tık-tık xanım” nağılının müzakirəsini  etdi. Uşaqlar:  Əlizadə  Leyla, İmamquliyev Ömər, Həsənov Vüsal,  Həsənov Mehdi, Əsgərzadə  Rəsul  və başqaları  verilən suallara ətraflı və maraqla cavab verdilər