Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə ’Kəpəz Kuboku’ rəqs yarışması keçirilib

31.01.2018

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə baş tutan rəqs yarışmasına ölkənin 8 bölgəsindən rəqqaslar və kollektivlər qatılıb. Rəqs müsabiqəsində Bakı, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Bərdə və Nizami yurdunun yetirmələri birincilik uğrunda mübarizə aparıblar.

Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub. Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov hakimlərə - Tahir Eynullayev, Ülviyyə Həsənova və Aysel Hüseynovaya müsabiqənin peşəkar qiymətləndirilməsinə görə təşəkkür edib.

Kəpəz 2018 Kubokunun qaliblərinin siyahısı.

Rəqs Şousu / Ansambl / Beybi
“Damla” rəqs studiyası “Dəcəllər” rəqsi ilə - Bakı

Rəqs Şousu / Solo / Yunior
Nigar Mustafazadə - “Buta” rəqs ansamblı - Bakı

Rəqs Şousu / Ansambl / Qarışıq yaş kateqoriyası
“Azərin” rəqs qrupu – Gəncə

Klassik rəqs / Ansambl / Uşaqlar
“Fidanlar” rəqs kollektivi – Mingəçevir

Bolivud / Soli / Bebi
Ayan Hümbətova – “Buta” rəqs qrupu – Bakı

Bolivud / Solo / Uşaqlar
Nuray Həsənova – “Fidanlar” rəqs qrupu – Mingəçevir
Vüsalə - “Sevinc” rəqs qrupu – Mingəçevir
Dəniz Ramazanlı - “Buta” rəqs qrupu – Bakı

Bolivud / Duet / Uşaqlar
Yusif Abbasov və Fidan Abbasova - “Buta” rəqs qrupu – Bakı

Bolivud / Duet / Böyüklər
Nail Qəhrəmanov və Fərhad - “Buta” rəqs qrupu – Bakı

Bolivud / Ansambl / Qarışıq yaş kateqoriyası
“Buta” rəqs qrupu “Performans” rəqsi – Bakı

Folklor Stilizasiyası / Ansambl / Beybi
“Damla” rəqs studiyası “Zəriflik” rəqsi ilə - Bakı

Folklor Stilizasiyası / Duet / Uşaqlar
“Azəri İgidləri” rəqs kollektivi “Çobanlar” rəqsi ilə - Bakı

Folklor Stilizasiyası / Qrup / Uşaqlar
“Azəri İgidləri” rəqs kollektivi “Şampani” rəqsi ilə - Bakı

Folklor Stilizasiyası / Ansambl / Uşaqlar
“Sənan” rəqs Studiyası “Tarantella” rəqsi ilə - Gəncə

Folklor Stilizasiyası / Duet / Yunior
Nigar Səfərova - “Uğur” rəqs qrupu “Qaraçı” rəqsi – Bərdə
Zeynəb Qafarova “Alabina” rəqsi ilə - “Günəş” Tədris Mərkəzi – Gəncə

Folklor Stilizasiyası / Ansambl / Yuniorlar
“Azərin” rəqs qrupu – Gəncə

Etno Folk / Solo / Uşaqlar
Nuray Həsənova “Turacı” rəqsi ilə - “Fidanlar” rəqs qrupu – Mingəçevir

Etno Folk / Solo / Yuniorlar
Sevinc Quliyeva – “Sarı Gəlin” rəqsi – “Sənan” rəqs studiyası – Gəncə

Etno Folk / Ansambl / Yuniorlar
“Ruslan” rəqs qrupu – “İgidlər” rəqsi ilə - Gəncə