05.04.2021
Gəncə şəhər MKS-nin 3 saylı kitabxana filialı Mədəniyyət Mərkəzinin kollektivi ilə birgə 05.04.2021-ci il tarixində "Sağlamlıq insan cəmiyyətinin sərvətidir"başlıqlı tədbir keçirtdi.Tədbiri giriş sözü ilə kitabxanaçı Kərimova Günel açaraq “7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı məlumat verdi. Daha sonra Mərkəzinin ilk tibbi yardım kursunun həkimi Rüstəm Kərimov cıxışında bildirdi ki, sağlamlıq və onun aspektləri sağlam nəsil artırma,azad məsulliyətli seçim,ailə planlaşdırılması haqqında ətraflı məlumat verərək, hazırki şəraitə Ümumdünya Sağlamlıq günü Koronavirusla müdafiə gününə təsadüf edir.Sonda Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova cıxışında qeyd etdi ki, insan sağlamlığı, xüsusilə də uşaqların sağlamlığının qorunması,cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.