Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel döyüşləri qələbənin başlanğıcı” adlı videokonfrans keçirilib

05.04.2021

05 aprel 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri aprel döyüşləri  ilə əlaqədar “Aprel döyüşləri qələbənin başlanğıcı” adlı videokonfarans keçiriblər.

Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru açıb.  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısının qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olması barədə geniş məlumat verib.

 İrəvanlı kənd kitabxana filialının böyük kitabxanaçısı Ruhanə Paşayeva Aprel şəhidi, Goranboy rayon Qızılhacılı qəsəbə sakini kəşfiyyatçı gizir Bəxtiyar Rəfael oğlu Hüseynovun döyüş yolundan danışıb, “Goranboy qartalları” şeirini söyləyib.

Oxu zalının müdiri Sevda Əliyeva bildirib ki, Aprel döyüşləri zamanı Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.

Xidmət  şöbəsinin Baş kitabxanaçı Dürdanə Bayramova çıxış edərək Aprel döyüşləri zamanı Azərbaycan oğullarının şücaətindən danışıb.