Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil edilib

05.04.2021

05 aprel 2021-ci il tarixdə Goranboy rayon Dövlət Rəsm Qalereyasında 2016-cı il aprel döyüşlərində şəhid olmuş Qızılhacılı sakini Hüseynov Bəxtiyar Rafael oğlunun əziz xatirəsinə həsr olunmuş onun fotolarından ibarət guşə və hərbi vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

            Qalereyanın direktoru Çinarə Abdullazadə aprel döyüşləri haqqında məlumat verərək bildirib ki,  Aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşləri şanlı qələbəmizin, böyük zəfərin başlanğıcıdır. Aprel döyüşlərində şəhid olan Goranboy rayon Qızılhacılı qəsəbə sakini 1995-ci il təvəllüdlü gizir Bəxtiyar Rafael oğlu Hüseynovdur. O Talış istiqamətində gedən döyüşlərdə şəhid olub.

            Allah bütün şəhidlərimizə rəhmət etsin.