05.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi K.D.Uşinski adına tam orta məktəblə birlikdə aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri böyük zəfərin müjdəsidir" adlı onlayn sohbət keçirtdi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanları bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri girış sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova çıxış edərək bildirdi ki, tarixə "Dörd günlük" müharibə adı ilə düşən 2016- cı ilin aprel döyüşlərındə şanlı Azərbaycan Ordusu işğalçı düşmənə ağır zərbələr endirərək 2 min hektardan çox ərazimizi azad edərək torpaqlarımıza çəkilən bütün istehkamları darmadağın etdi. Tədbirdə iştirak edən məktəbin tərbiyə işləri uzrə direktor müavini Vüsalə Məmmədova və tarix müəlliməsi Aybəniz Süleymanova öz çıxışlarında aprel doyüsləri və şəhidləri haqqında ətraflı məlumat verərək qeyd etdilər ki, bu döyüşlər zamanı Azərbaycan öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətinə malik olduğunu bir daha dünyaya sübut etdi. Tədbirdə həmçinin vurğulandı ki, aprel doyüsləri həmdə Qarabağ probleminin həllində bir dönüş nöqtəsi oldu. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndi.