02.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədər olaraq Danimarka yazıçısı Hans Xristian Andersenin "Kibritsatan qız" nağlıının müzakirəsini keçirtdi.Tədbirdə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və məktəbin aşağı sinif şaridləri iştirak etdilər.Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova əvvəlcə Hans Xristian Andersen haqqında uşaqlara ətraflı məlumat verdi və bu günün mahiyyətindən danışdı.Daha sonra nağılın müzakirəsini davam etdilər. Nağıl uşaqların böyük marağına səbəb oldu.Sonda uşaqların verdiyi suallar etraflı şəkildə cavablandırıldı.