02.04.2021
Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbinin şagirdləri 2020-ci ildə Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının praktiki və elmi eksperimental bazası-Orta İxtisas Musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunmuş “Akademik, Xalq və Caz Musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsi” ndə onlayn formatda iştirak edərək uğur qazanmışlar.
Beynəlxalq müsabiqədə Sərkar kənd Uşaq Musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi Fidan Tağızadə (müəllim Aynurə Tağıyeva) həvəsləndirici Diploma layiq görülmüşdür.
Məktəbin fortepiano ixtisası üzrə IV sinif şagirdi Mehriban Rəhimli ( müəllim Fidan Xəlilova) Beynəlxalq müsabiqənin Diplomantı olmuşdur.
Hər iki şagirdə Beynəlxalq müsabiqənin təltiflərini Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov təqdim edərək, onlara daha böyük uğurlar arzuladı.
Təbrik edirik