Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əli Nəzminin anadan olmasının 140 illiyi

26.01.2018

26.01.2018 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında şair Əli Nəzminin anadan olmasının 140 illiyinə həsr olunmuş adlı şeir saatı keçirildi. Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva açıq elan edərək bildirdi ki , Mollanəsrəddinçi şair Mirzə Ələkbər Sabirlə çiyin – çiyinə yazıb – yaradan , XX əsr Azərbaycan ədəbiyyatında satirik şeirin məşhur nümayəndələrindən biridir. Kitabxanaçı Əli Nəzminin həyat və yaradıcılığından geniş danışaraq bildirdi ki , şairin şeir dili sadə , səlis , üslubu rəvan , ilhamı qüvvətlidir. O, öz şeirlərində sadəliyi saxlamağa çalışmışdır, onda kitab dilinin təsirləri azdır. Vüsalə xanım bildirdi ki , şairin şeirləri müntəzəm olaraq satirik jurnallarda o cümlədən Molla Nəsrəddin jurnalında gizli imzalarla ( Sərsəri , Qanacaqsız , Gəncə cavanları və. s ) çap olunub. Tədbirdə şagirdlər şairin “ Məktəb , Kişilərimiz ” , “ Türk qızına ” , “ Ey ədalət ” və. s şeirlərini söylədilər.