02.04.2021
Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı “adlı tədbir keçirilıb.
Tədbirdə ilk növbədə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev 2016-cı il aprel hadisələri haqqında danışıb. Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva çıxışında qeyd edib ki, qanla yazılan tarixi günləri gələcək nəsillərə ötürməliyik. Sonra xidmət şöbəsinin işçiləri Ləman Əliyeva və Telli Nəsibova aprel hadisələri və şəhidləri haqqında məlumat veriblər.
Tədbirdə bütün iştirakçılar çıxış edərək bildirib ki, Qarabağ Azərbaycandır və hər zaman qələbə bizimlə olacaq.