02.04.2021
Goranboy rayon Mərkəzi Kitabxanasının işçiləri şair Ənvər Əlibəylinin 105 illiyi münasibətilə onlayn şeir gecəsi keçirib.
Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. O, şairin həyatı, bədii, publisistik yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirib ki, zəngin poeziya yaratmış Ənvər Əlibəylinin lirik şeirlərinə Azərbaycan bəstəkarları Rauf Hacıyev, Vasif Adıgözəlov, Tofiq Quliyev və digərlərinin bəstələdikləri məşhur nəğmələr bu gün də dillər əzbəridir.
Oxu zalının müdiri Sevda Əliyeva çıxışında şairin lirik şair olduğunu və ömrünün axırına qədər bu yaradıcılıq amalına sadiq qaldığını bildirib. O, şair haqqında deyilmiş xatirələrdən danışdı.
Kitabxanaçı Məhsəti Qasımova Ənvər Əlibəylinin poemaları haqqında məlumat verib. Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva şairin “İlan və qurbağa” təmsilini söyləyib. Kitabxanaçılar Ülviyyə Kazımova, Mətanət Qurbanova, Aygün Əliyeva, Esmira Məhərrəmova şairin şeirlərindən parçalar söyləyiblər