Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Filarmoniyasında rəqs kollektivlərinin yarışı keçiriləcək

26.01.2018

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiyasiyası (ARA) yanvarın 28-də "Kəpəz Açıq Kuboku" rəqs yarışı keçirməyə hazırlaşır. Yarış Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. "Kəpəz Açıq Kuboku" yarışında rəqs kollektivləri bütün rəqs növləri üzrə çıxış edəcək.

Azərbaycan Rəqs Assosiyasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: “Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etmək üçün secməkdir. Müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaqdır. Uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kolektivlər qoşulurlar. Bu bizi sevindirməyə bilməz, demək biz öz işimizi yaxşı görürük.”

Qeyd edək ki, bütün yaş kateqoriyalarında olan iştirakçılar bu nominasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, hip-hop, brek dans, rəqs şousu, klasik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, müəllif rəqsi və.s...