31.03.2021
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən 30 mart 2021-ci il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Gənclər Karyera Mərkəzinin Goranboy nümayəndəliyi və gənc könüllüləri Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Onlar həmçinin Gəncə şəhər Heydər Əliyev Mərkəzində də olublar.