31.03.2021
29 mart 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Əsrə sığmayan qətliam” mövzusunda onlayn anım tədbiri keçiriblər.
Tədbirdə öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açıb. O, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verib.
Kitabxanaçı Sənəm Böyükkişiyeva məruzə ilə çıxış etdi. O, bildirdi ki, xalqımızın başına mənfur ermənilər tərəfindən zaman-zaman müxtəlif faciələr gətirilmişdir. 31 mart 1918-ci il qırğınları bu faciələrin ən dəhşətlisi olmuşdur. Belə ki, Bakıda başlanaraq Azərbaycanın bütün bölgələrində törədilmiş bu qırğınlarda minlərlə azərbaycanlılar ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir.. .
Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva çıxış edərək Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdırıb.