31.03.2021
31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü ilə bağlı Goranboy rayon Tarix-Doyarşünaslıq muzeyində "Unudulmaz tarixi faciəmiz" adlı tədbir keçirilmişdir. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri muzeyin fond mühafizi Ulduz Bağırova açaraq, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və əməliyyatlarla müşayət olunduğunu qeyd etdi.
Tədbirdə rayondakı “N” saylı hərbi hissənin əsgərləri də iştirak etmişdir. Tədbir iştirakçıları 2016-ci il Aprel döyüşləri və 2020-ci il Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan ibarət foto guşəyə baxmışlar