31.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Saisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 31.03.2021-ci il taixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tariximizin qanlı səhifəsi" başlığı altında onlayn söhbət keçirtdi. Tədbirdə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və məktəbin şagirdləri iştirak etdilər.Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla dəhşətli faciələr törədib. Bu faciələrdən biri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri “Mart Soyqırımı”dır. Bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş, yüzlərlə yaşayış məntəqəsi dağılıb yerlə yeksan olunmuşdur. Mart Soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Sonda o qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.