Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”DAİM YAŞAR ƏDƏBİYYAT” adlı onlayn görüş keçirildi

30.03.2021

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında ZOOM proqramı vasitəsilə "DAİM YAŞAR ƏDƏBİYYAT" adlı görüşü keçirildi. Görüşün məqsədi yazarları bir araya toplamaqla ədəbiyyatımızda yeni janr ənənələri və oxucu münasibəti eləcə də kitabxanalara onlayn marağın artırılması həmçinin yazarlar gününün qeyd edilməsi ilə bağlı idi.

Görüşdə Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi (müavini), hüquq elmləri doktoru Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, şairə-dramaturq Xəzangül, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, tanınmış Teatrşünas-tənqidçi Anar Burcəliyev, şair-dramaturq Sahib İbrahimli, şairə Aləmzar Əlizadə, İradə Əlili və digərləri iştirakı edirdilər.

Görüşdə xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Gəncə ədəbi mühitinin yetirmələri olan yazarları salamlayaraq onlara öz ürək sözlərini və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Daha sonra dəvət olunan qonaqlar çıxışlar edərək Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan söhbət açmış, şairlər şer parçaları söyləmişlər.