26.01.2018
26.01.2018-ci il tarixində Gəncə şəhər MKS-nın 9 saylı kitabxana filialı Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar “Molla Pənah Vaqifin Poeziyası” adı altında Gəncə şəhər 37 saylı məktəbdə dəyirmi masa kecirdi. Tədbirdə 37 saylı orta məktəbin müəllimləri tədbirdə fəal iştirak etdilər.
9 saylı filialın böyük kitabxanaçısı Təranə Həsənova ,XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin həyatı haqqında məlumat verdi.
Tədbirdə 37 saylı orta məktəbin direktoru Əliyev Mehdi Molla Pənah Vaqifin yaradıcılığı haqqında ətraflı danışdı. Dil -ədəbiyyat müəlliməsi Verdiyeva Südabə qeyd etdi ki, Molla Pənah Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixinə yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır. Poeziyamızda nikbin bir əhval –ruhiyyə, həyatı və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir.
Tarix müəlliməsi Rzayeva Könül qeyd etdi ki, Molla Pənah Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Klassik şerimizin əsas mövzusu olan gözəllik onun qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.
Tədbirdə məktəbin müəllimlərindən İbraimova Rahilə, Əliyeva Gülnarə və Bayramova Mətanət sözügedən mövzu haqqında öz maraqlı fikirlərini bildirdirdilər.