19.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 19.03.2021-ci il tarixində “Elimizə xonçalı Novruz gəlir” adlı onlayın şeir saatı keçirtdi.Tədbirdə 26 nömrəli məktəbin şagirtləri istirak etdilər.Şöbənin kitabxanaçısı Nərmin Qasımova tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı, ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.Tədbirdə iştirak edən 26 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Aynur Tanrıverdiyeva bildirdi ki, Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır, bu bayram xeyirxahlıq, dostluq, birlik rəmzidir. Sonda şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlər və bayatılar söylədilər.