26.03.2021
İldırım Kərim oğlu Üzeyirov vəfat edib
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Naftalan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri, istedadlı tar müəllimi, Goranboy rayon Qızılhacılı qəsəbə sakini, simli musiqi alətləri ustası İldırım Kərim oğlu Üzeyirov mart ayının 20-də ömrünün 57-ci baharında dünyasını dəyişib.
1987-ci ildən - 34 illik bir müddətdə Naftalan şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi işləmiş İldırım Üzeyirovun simli musiqi alətlərinin (tar, saz, kamança, cəng və s.) təkmilləşməsində xüsusi əməyi olmuşdur.
Xll əsrdə yaşayıb-yaratmış gözəl rübailər ustası, şairə Məhsəti Gəncəvinin öz şeirlərini söyləyərkən istifadə etdiyi cəng musiqi aləti də məhz İldırım müəllimin zəhmətindən sonra yeni nəfəs qazanmışdır, hətta onun hazırladığı cəng musiqi alətlərindən biri də Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində eksponat kimi saxlanılır.
Allah rəhmət eləsin.