19.03.2021
Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə İkinci Qarabağ Vətən müharibəsində şəhid olmuş Goranboy rayon Safıkürd kənd sakini Rəsulov Sahil Sərvan oğlunun ailəsi ilə görüş keçirilib. Şəhid Saleh Rəsulov Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.
Görüş zamanı şəhid Saleh Rəsulovun ailəsi onun uşaqlıq illərindən, hərbi xidmətdə olduğu dövrlərdən və keçdiyi şərəfli döyüş yolundan söz açıb