Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramına həsr olunmuş videokonfrans keçirilib

19.03.2021

Samux rayon Mədəniyyət Mərkəzinin şəhər Mədəniyyət evində 18 mart 2021-ci il tarixdə Novruz bayramına həsr olunmuş video konfrans keçirilib. Tədbirdə Samux şəhər bələdiyyəsinin üzvləri Sadiq Səlmanov, Toğrul Coqiyev, Samux rayon YAP Gənclər Təşkilatının sədri Rəşid Şabanov, Gənclər İnkişaf və Karyera Mərkəzinin gənc könüllüsü Tural Məhərrəmov və  Samux şəhər Mədəniyyət evinin kollektivi iştirak edib.

 Tədbiri giriş sözü ilə  Şəhər Mədəniyyət evinin müdiri Arif Məmişov açaraq  iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib və bayramın yaranma tarixindən, adət-ənənələrimizdən danışıb. YAP Samux rayon Gənclər Təşkilatının sədri Rəşid Şabanov Novruz bayramının YUNESKO tərəfindən qeyri maddi mədəni irs siyahısına daxil olmasından, BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-nin "Beynəlxalq Novruz günü" elan edilməsi haqqında məlumat verib. Samux şəhər Mədəniyyət evinin metodisti Gültəkin Əlizadə  müsəlman dövlətlərində Novruz bayramının yaz ənənələrindən danışıb.