Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”COVİD-19”-la mübarizədə dünyanın xilası peyvənddir” mövzusunda görüş keçirildi.

19.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın "Ailə sağlamlıq mərkəzi"nin şöbə müdiri Tükəzban Məmmədova ilə "COVİD-19"-la mübarizədə dünyanın xilası peyvənddir" mövzusunda görüş keçirdi. Tədbirdə filialın müdiri Rahilə Qasımova pandemiyanın müasir dünyamız üçün qorxunc bir bəlaya çevrildiyindən danışdı. Onu da qeyd etdi ki, xəstəliyin ən qorxulu cəhəti virusun tez-tez mutasiyaya uğrayaraq görülən tədbirlərə, müalicəyə tabe olmamasıdır. Sonra söz tədbirə dəvət edilmiş "Ailə sağlamlıq mərkəzi"nin şöbə müdiri Tükəzban Məmmədovaya verildı. Həkim əvvəlcə peyvəndlə bağlı ölkəmizdə sonuncu statistik rəqəmləri açıqladı. Tükəzban həkim bu bəladan bütün dünyanı ancaq peyvənd xilas edəcək söylədi. Həkim peyvəndin yaşla əlaqəli mərhələlərlə həyata keçirildiyini dedi. Onu da qeyd etdi ki, peyvəndin hər bir insanın sağlam qalması üçün çox böyük əhəmiyyəti var və dövlətimiz öz vətəndaşları üçün böyük vəsait xərcləyir, bu günə qədər xəstəxanamızda 4500-ə yaxın insan peyvənd edilmişdir. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva Tükəzban həkimə peyvəndlə bağlı maarifləndirmə tədbirində iştirakı üçün təşəkkürünü bildirdi. Tükəzban həkim tədbir iştirakçılarının peyvəndlə bağlı çox saylı suallarına geniş açıqlama verdi və üç qorunma qaydalarına: əllərin gigenik qaydada yuyulmasına, maskadan düzgün istifadə olunmasına və sosial məsafənin saxlanmasına əməl etməyi tövsiyə etdi.