18.03.2021
Gəncədəki Şəhidlər Xiyabanında ucadılan əbədi məşəl abidəsinin önündə şəhidlərin xatirəsinin yad edilməsi mərasimi keçirilib. Gəncə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Novruz bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Yadetmə mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi iştirak edib.