Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəlblərdə yaşayan şair” adlı onlayn tədbir keçirilib.

18.03.2021

Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin  təşəbbüsü ilə Xalq şairi Səməd Vurğunun 115 illiyinə həsr olunmuş “Qəlblərdə yaşayan şair” adlı  onlayın tədbir keçirildi. Onlayn tədbirə fəal oxucular qoşuldular. Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açdı və tədbirə qoşulan hər bir iştirakçını salamladı. Uşaq şöbəsinin fəal oxucusu Yeganə Abbasova şairin həyat və yaradıcılığından danışdı. Uşaq şöbəsinin müdiri Venera Məmmədova çıxışında  şairin cəmi 50 il yaşamasına baxmayaraq onu Azərbaycan xalqına sevdirən poeziyasindakı sadəlikdən, səmimilikdən və vətənpərvərlikdən danışdı. Sonra Uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova çıxışında şairin ədəbi irsinin özündən sonrakı  Azərbaycan poeziyasına böyük təsir göstərməsini və gənclərimizə ruh verməsini  qeyd etdi. Sonda fəal oxuculardan Ruhanə Abbasova şairin “Azərbaycan”  şeirini səsələndirdi.