Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruza həsr edilmiş rəsm sərgisi keçirilib

18.03.2021

Goranboy Dövlət Rəsm Qalereyasında Novruz bayramına həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Sərgidə Novruzu əks etdirən 15 ədəd rəsm əsəri nümayış olunmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə Novruz bayramının xalqımızın milli bayramı olduğunu, onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu bildirmişdir.