Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təbiət ilhama çağırır məni” başlıqlı ədəbi-bədii gecə, onlayn tədbir keçirildi

18.03.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 1 saylı filialı Azərbaycanın ilk xalq şairi, qüdrətlı söz ustadı Səməd Vurğunun anadan olmasının 115 illiyi ilə əlaqədar “Təbiət ilhama çağırır məni” başlıqlı ədəbi-bədii gecə, onlayn tədbir keçirdi. Tədbiri filalın kitabxanaçısı İlyasova Şəhla açaraq xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri olan Səməd Vurğunun şair, dramaturq, publisist, tənqidçi, alim, ictimai xadim, mədəniyyətin fəal qurucusu olduğunu qeyd etdi.Qüdrətli şairin həyatı və yaradıcılığının ən önəmli məqamlarından danışdı. Görkəmli şairin ümumu cəhətlərini əks etdirən, öz səsilə oxuduğu dahi şair, mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi şeirin də yer aldığı video-çarx, şairin məşhur “Vaqif” dramından bir parça nümayiş olundu. Şairin möhtəşəm şeirləri səsləndirildi.Gəncə şəhər 7 saylı tam orta məktəbin şagirdləri Əliyeva Aysu, Əliyeva Nuray tərəfindən şairin şeirləri əzbər söylənildi. Şairin tarixə damğa vurmuş 10 kəlamının yer aldığı video nümayiş olundu. Sonda MKS-nin direktoru Elmira xanım Əliyeva çıxış etdi. Şairin yaradıcılığından bəhs edib, məşhur şeirlərdən birini səsləndirdi. Filialın kitabxanaçısına öz təşəkkürünü bildlrdi. MKS-nin 1 saylı filialının müdiri Züleyxa xanım Məlikovada da çıxış edib, şairin şeirlərindən birini söylədi və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Kitabxanaçı tədbir iştirakçılarına təşəkkür edib, tədbiri yekunlaşdırdı.