Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Oxunan hər kitab nurlu sabahdır” adlı kitab başığlama layihəsi

17.03.2021

F. Köçərli adına Respublika Uşaq Kitabxanası mütamadi olaraq bir sıra layihələr həyata keçirir bunlardan biri də “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab başığlama layihəsidir. Bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində raket atəşinə məruz qalmış, Gəncədə Azərbaycan Dövlət Aqrar Univeristetinin yataqxanasında məskunlaşmış, Gəncə sakinlərinin məktəbli uşaqları üçün 250-ə yaxın dərsliklər və bədii ədəbiyyat ayıraraq, pandemiya dövrü ilə əlaqədar olaraq bu misiyanı həyat keçirməyi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminə həvalə etmişdir. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemidə bu aksiyaya qoşularaq kitabxananın ayırdığı kitablarıda, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının göndərdiyi hədiyyələrlə birlikdə həmin sakinlərə hədiyyə etmişdir. Tədbirdə Gəncə şəhər MKS-nin direktoru Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva və ADAU – nin tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxış etmişdilər.