Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Novruz bizim ümummilli bayramımızdır” başlıqlı ədəbi bədii gecə keçirildi

17.03.2021

Gəncə  şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı 16.03.2021-ci il tarixində "Novruz bizim ümummilli bayramımızdır başlıqlı ədəbi bədii gecə keçirdi.Tədbiri kitabxanaçı Kərimova Günel açaraq iştirakçıları elimizin obamızın bolluq bərəkət bayramı olan Novruz bayramı münasibətilə təbrik etdi.Mədəniyyət Mərkəzinin kütləvi işçisi Laləxanım Hacıyeva və metodisti Gülarə Qurbanova əsrlərin sınağından çıxmış milli adət ənənələrimiz,milli mənəvi dəyərlərimiz ,çərşənbələrimiz haqqında çıxış etdilər.Kitabxananın fəal oxucuları Novruza aid şeirlər,bayatılar söylədilər.Sonda Mədəniyyət Mərkəzinin Arzum xalq çalğı alətləri ansamblının solisti Tural Süleymanovun ifasında Novruz gəlir,yaz ģəlir musiqisi ilə tədbirimiz yekunlaşdı.