Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədovun 102 illiyi münasibətilə videokonfrans keçirildi.

16.03.2021

16 mart 2021-ci il tarixində Gəncə şəhər İsrafil Məmmədov Ev Muzeyinin təşəbbüsü və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədovun 102 illiyi münasibətilə videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova konfrans iştirakçılarını salamladı və bildirdi ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlıdır.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov öz çıxışında qeyd etdi ki, İsrafil Məmmədovu “Azərbaycan Pəhləvanı”, “Sovet bahadırı” adlandırırdılar. Bu ad o vaxtı bütün xalqın dilində əzbər, eləcə də qəzet və jurnalların birinci səhfələrinin məqalələrinin əsas başlıqlarında idi. O, çıxışını İsrafil Məmmədovun əziz xatirəsinə ithaf etdiyi “Qəhrəman” şeiri ilə yekunlaşdırdı.

İsrafil Məmmədov Ev Muzeyinin direktoru Eldəniz Məmmədov bildirdi ki, İsrafil Məmmədov Gəncədə böyüyüb boya başa çatan və gəncəlilərin qəlbində əbədi yaşayan qəhrəman övladlarımızdan biridir. Bu sevgini qəhrəmanımızın adını daşıyan və Gəncə şəhərində fəaliyyət göstərən ev muzeyində də hiss etmək olar. O, İsrafil Məmmədovun həyatından və qəhramanlığından bəhs etdi.

Gəncə veteranlar şurasının sədri Yusif Məmmədov, yazıçı Əsgər Məmmədov öz çıxışlarında bildirdilər ki, İsrafil Məmmədov ikinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa, şücaətə görə xalqın dilində olub.

İsrafil Məmmədovun bacısı nəvələri Fizulət Babayeva və Xumar Tağıyeva valiydenlərinin onlara bəhs etdikləri İsrafil Məmmədov haqqında xatirələrindən danışdılar.

Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva İsrafil Məmmədov kimi qəhrəmanlarımızın gənc nəsillərə nümunə olmasından bəhs etdi.

Sonda Mir Cəlal Paşayev Ev Muzeyinin bələdçisi Dilbər Orucova “Can nənə bir nağıl de” və İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Camal Fərzəliyev “Azərbaycan” şerlərini söylədilər.