Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Minilliklərdən gələn mübarək Novruz” mövzusunda tədbir keçirildi

16.03.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Novruz bayramı münasibətilə "Minilliklərdən gələn mübarək Novruz" mövzusunda tədbir keçirdi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, ən əziz, ən sevimli, ən doğma bayram olan Novruz bayramı saflıq, təmizlik, müqəddəslik bayramıdır. Bu bayramda hamının dilində eyni söz olur: "Bayramınız mübarək!" MKS-nin direktoru Elmira Əliyeva iştirakçıları bayram münasibətilə təbrik etdi və bildirdi ki, Novruz təzə il deməkdir, gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq, sevinc gətirir. Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədr müavini Ceyran Səttarova Türkiyədə keçirilən Novruz  adətləri, təşkilatlarının gördükləri işlər barədə geniş məlumat verdi. Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, əməkdar mədəniyyət işçisi, şair, publisist Bəxtiyar Muradov bu il bayramın daha da coşqu ilə qeyd olunduğunu bildirdi. Çünki 44 günlük müharibədə Azərbaycanın çaldığı zəfərlə əlaqədar torpaqlarımızın azad olunması bu bayramı daha da özəl, daha da sevincili keçirməyimizə səbəb oldu. Çıxışının sonunda Bəxtiyar Muradov Novruz bayramına həsr etdiyi şeirini və bayatılarını səsləndirdi. Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə bölməsi Humanitar tədqiqatlar institutu ədəbiyyat şöbəsinin müdiri Ruziyyə Quluyeva Novruz bayramının mənşəyi, Novruz çərşənbələri haqqında iştirakçılara geniş məlumat verdi.  Gəncə Heydər  Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Novruz bayramının yalnız türkdilli xalqların deyil, bütün müsəlman aləmində qeyd olunduğunu, bu bayramın soykökünün qədim mənşəli olduğunu  qeyd etdi .      Sonda MKS-nin əməkdaşlarının Novruz çərşənbələri ilə bağlı hazırladıqları video-çarx nümayiş olundu.