Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ilə görüş keçirilib

16.03.2021

Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Qarabağ Vətən müharibəsində şəhid olmuş Goranboy rayon Səfıkürd kənd sakini Aslanov Taleh Elman oğlunun ailəsi ilə görüş keçirilib.

Taleh Aslanov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

Görüş zamanı ailəsi, onun uşaqlıq illərindən, hərbi xidmətdə olduğu dövrlərdən və keçdiyi şərəfli döyüş yolundan söz açıb.

Şəhidin ailə üzvləri görüş üçün öz minnətdarlığını bildirib.