Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya əsrin bəlasıdır”

24.01.2018

Gəncə şəhər Mədəniyyət Mərkəzində  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda  dəyirmi  masa  keçirildi. Dəyirmi masanın giriş sözü ilə həkim Rüstəm Kərimov açdı. O, gənclərə tövsiyyə  edərək  bildirdi ki, narkomaniya əsrin faciəsi, onunla mübarizə isə hər birimizin borcudur. Həmçinin gəncləri qorumağa çalışmaqla yanaşı biz onları  cəsarətləndirməliyik ki, istənilən şəxs istək olduğu halda psixoaktiv  maddələr  əldə  edə bildiyi bir şəraitdə onlar  sağlam yaşamağı üstün tutsunlar. Sonra söz Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərovaya verildi. Tədbirdə ərazi sakinləri və gənclər iştirak etdilər.