Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami yaradıcılığında şəxsiyyətin formalaşması problemi” mövzusunda oxucu konfransı keçirilib

13.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının Oxu zalı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq "Nizami yaradıcılığında şəxsiyyətin formalaşması problemi" mövzusunda oxucu konfransı keçirib. Konfransı oxu xalının müdiri Aidə Abdullayeva açaraq Nizami Gəncəvi haqqında iştirakçılara məlumat verərək, çıxış üçün sözü Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevə verdi. Tədbirdə Bayram Apoyev Nizami Gəncəvi haqqında yazdığı elmi əsərlərindən, şəxsiyyətin formalaşması haqqında Nizami Gəncəvinin fikirləri, Nizami Gəncəvi əsasən tərbiyənin hansı sahəsində daha çöx önəm vermişdir, müasir dövrdə ekoloji tərbiyə məsələsi, və başka mövzularda çıxış etdi. Tədbirdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakultənin dekan müavini Mirvari Rəhimova Nizami yaradıcılığında ətraf mühitin qorunmasından söz açdı. Sonda tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığı haqqında suallar səsləndirdilər.