Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlının ”Dilarə”, hekayəsinin onlayn muzakirəsi keçirilib

13.03.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  Azərbaycanın görkəmli yazıçısı,şair,dramaturq Cəfər Cabbarlının "Dilarə", hekayəsinin onlayn muzakirəsini keçirtdi. Tədbiri giriş sözü ilə açan şöbənin kitabxanaçısı Nərmin Qasımova tədbir iştirakçılarını salamlayaraq ilk növbədə ədibin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Yazıçı yaşadığı zamanda milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Sonra tədbirdə iştirak edən şagirdlər hekayədə cərəyan edən mühitin zülm və haqsızliqlrinı, Dilarənin məktəbə  nə üçün gedə bilməməsini, onların kasıb yaşamasını və sonda atası palçıqçı Bəşirin başına gələn hadisəni müzakirə etdilər. Tədbirdə 26 nömrəli məktəbin bir qrup şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdi.