13.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 115 illiyinə həsr olunmuş “Əbədiyaşar poeziya” adlı şeir saatı keçirib.Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq, şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. O, bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında böyük iz qoymuş görkəmli şəxsiyyətlərdən biridir. Süleyman Rüstəmin parlaq yaradıcılığı, onun əsərləri, onun böyük siması bizim qəlbimizdə əbədi yaşayacaqdır. MKS-nın direktoru, Əməkdar Mədəniyyət işçisi Elmira Əliyeva Süleyman Rüstəmin Cənub şeirlərindən bəhs etdi. Qeyd etdi ki, bu gün də Süleyman Rüstəm Cənubi Azərbaycanın azadlıq carçısı, ustad bir şair kimi, xalq tərəfindən sevilərək oxunmaqdadır. Daha sonra tədbirdə flialın fəal oxucuları şairin şeirlərini söylədlər.