13.03.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Saisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Azərbaycan şairi Süleyman Rüstəmin anadan olmasının 115 illiyi ilə əlaqədar olaraq K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin bir qrup şagirdləri ilə birlikdə “Ana və poçtalyon” əsərinin onlayn müzakirəsini keçirtdi. Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova şairin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan xalq şairi Süleyman Rüstəm yüksək sənətkarlıqla qələmə aldığı şeirləri ilə ədəbiyyatımızı həm forma, həm də məzmun cəhətdən xeyli zənginləşdirmişdir.Tədbirdə iştirak iştirak edən 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova qeyd etdi ki, Süleyman Rüstəmin müharibə mövzusunda yazdığı şeirlər içərisində «Ana və poçtalyon» əsəri xüsusi yer tutur. Bu şeir nəinki Süleyman Rüstəm yaradıcılığında, eləcə də müharibə dövrü poeziyasında ən məşhur əsərlərdən biridir. Tədbirdə iştirak edən şagirdlər müharibənin yaratdığı, çətinlikləri, narahatlığı, əsərin mərkəzində duran, dörd aydır ki, cəbhəyə gedən övladından bir xəbər bilməyən ananın keçirdiyi hissləri, iztirabları, eləcədə ananın dərdini yaxşı anlayan səmimi, həssas paçtalyonun alicənablığını müzakirə etdilər. Sonda qeyd olundu ki, Süleyman Rüstəm «Ana və poçtalyon» şeirində öz qəhrəmanlarının qəlbinə daxil olmağı ustalıqla bacarmış, onların yüksək mənəvi aləmini aydın və rəngarəng boyalarla reallığa çıxarmış, möhtəşəm bir abidə yaratmışdır. Məhz bu keyfiyyətlərinə görədir ki, əsər bu gün də oxucular tərəfindən yüksək səviyyədə sevilir və oxunur.