13.03.2021
Goranboy rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Xalq şairi Süleyman Rüstəmin 115 illiyinə həsr olunmuş “Cənnət görmək istəyən Azərbaycana gəlsin” adlı videokonfrans keçirilib.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açıb.
Xidmət şöbəsinin işçisi Ülviyyə Kazımova Süleyman Rüstəmin həyat və yaradıcılığı haqqında məlumat verib. O, qeyd edib ki, şair kasıb, çətin uşaqlıq həyatı keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib. Fəhlə-kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırılıb. Onun yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələr, xalqın mənəvi həyatı şairin poeziyasında öz əksini tapıb.
Baş metodist Xatirə Rəhimova şairin yaradıcılığında böyük silsilə təşkil edən Cənub mövzusundan bəhs edib.
Fəal oxuculardan Nəzrin Quliyeva, Tamaşa Aslanova, Sənəm Böyükkişiyeva, Firuzə Əliyeva, Vüsalə Ziyadova, Esmira Məhərrəmova Süleyman Rüstəmin “Azərbaycana gəlsin”, “Təbrizim”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki...”, “Dilimə dəymə”, “Yaralarım" şeirlərindən nümunələr söyləyiblər.