Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ilə görüş keçirilib

12.03.2021

11 mart 2021-ci il tarixində Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Qızılhacılı qəsəbə sakini Qurbanov Fariz Məhəmməd oğlunun ailəsi ilə görüş keçirib.

Qurbanov Fariz Məhəmməd oğlu Talış kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuş, ölümündən sonra "Suqovuşan” və “Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Şəhid ailəsi görüş üçün Heydər Əliyev Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirmişdir.